6 Mart 2026 / 13:58

İranın hərbi bazalarının sursatı əsasən məhv edilib- EHTİYAT TÜKƏNİR

İran vacib hərbi gücdən məhrum edilib və getdikcə zəifləyir. Tezadlar.az xatırladır ki, “İran tərəfi Vaşinqtonla razılaşma əldə etmək üçün əlaqə saxlayır, lakin ABŞ hazırda danışıqlardan daha çox hərbi əməliyyatlara üstünlük verir”,- deyən ABŞ prezidenti Donald Tramp daha sonra İranın vəziyyətini belə qiymətləndirib: “Onlar zəng edib soruşurlar ki, razılaşmanı necə əldə etmək olar? Mən isə cavab verirəm ki, artıq gecikiblər. Hətta hazırda biz onlardan daha çox müharibə istəyirik”.

Tramp əlavə edib ki, Vaşinqtonun İrana qarşı zərbələri zəruri addım olub və bu əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturu ciddi zərər görüb. Trampın sözlərinə görə, İranın raketlərinin təxminən 60 faizi, raket buraxılış qurğularının isə 64 faizi məhv edilib.

Belə başa düşülür ki, İran hakimiyyətinin tamamilə təslim olmaqdan başqa yolu qalmayıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!