6 Mart 2026 / 08:55

“Əgər ABŞ İrana quru qoşunları ilə hücum etsə, böyük fəlakət baş verəcək”

İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi bildirib ki, Tehran ABŞ-la danışıqlar üçün heç bir səbəb görmür və atəşkəs tələb etmir. Tezadlar.az xəbər verir ki, bu barədə o, NBC News-a verdiyi müsahibəsində qeyd edib. Nazirin sözlərinə görə, əgər ABŞ İrana quru qoşunları ilə müdaxilə etməyə qərar verərsə, İran buna hazırdır: “Biz onları gözləyirik. Əminik ki, onlara qarşı müqavimət göstərə bilərik. Bu, onlar üçün böyük fəlakət olacaq”. O əlavə edib ki, ABŞ öz əsas məqsədinə — sürətli qələbəyə nail ola bilməyib: “Onlar bunu bacarmadılar və indi hücum etmələrinin səbəbini izah etməyə çalışırlar. Çoxlu səbəblər gətirdilər, amma heç biri işə yaramadı”, — deyə naziri vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!