6 Mart 2026 / 09:17

Son günlər ərzində dollar bahalaşıb, milli pul isə dəyər itirməyə başlayıb- BU ÖLKƏDƏ

İsrail–İran münaqişəsi fonunda dünya bazarlarında ciddi dəyişikliklər baş verib. Son günlər ərzində dollar bahalaşıb, Gürcüstanın milli valyuta olan lari isə dəyər itirməyə başlayıb. Tezadlar.az xəbər verir ki, 2 mart tarixindən bu yana lari dollar qarşısında 8 lari dəyər itirib.

Sözügedən məzənnələri aşağıda sizə təqdim edirik: ● 1 ABŞ dollarının satış qiyməti 2.7419 lari olaraq müəyyənləşdirilib, əvvəlki məzənnə ilə müqayisədə Dollar qarşısında Lari – 0.0185 tetri dəyər itirib. ● 1 Avronun satış qiyməti 3.1833 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə Avro qarşısında Lari – 0.0138 tetri dəyər itirib. ● 1 Azərbaycan Manatının satış qiyməti 1.6129 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə AZN qarşısında Lari – 0.0110 tetri dəyər itirib. ● 100 Rublun satış qiyməti 3.4926 lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə Rubl qarşısında Lari – 0.0105 tetri dəyər qazanıb. ● 1 Türk Lirasının satış qiyməti 0.0623 Lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə TL qarşısında Lari – 0.0003 tetri dəyər itirib. ● 10 Polşa Zlotunun satış qiyməti isə 7.4496 Lari olaraq müəyyənləşdirilib, əvəlki məzənnə ilə müqayisədə Zlot qarşısında Lari – 0.0151 tetri dəyər itirib.

Azərbaycanda isə vəziyyət hələki valyuta bazarında sabitlikdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!