Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfi Kiyevə 300 əsiri geri qaytarıb. Əvəzində Ukrayna Moskvaya 300 rusiyalı əsiri təhvil verib. Qeyd edək ki, əsir mübadiləsi ilə bağlı razılaşma fevralın sonunda Cenevrədə keçirilən danışıqlar zamanı əldə olunub. Martın 5-də Moskva ilə Kiyev arasında “200-ün 200-ə” formatında əsir mübadiləsi aparılıb. Rusiya tərəfi mübadilənin ABŞ və BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirildiyini açıqlayıb.