6 Mart 2026 / 16:13

“Gözləntimiz bu rejimin devrilməsidir”- İNANILMAZ İDDİA

“Gözləntimiz bu rejimin devrilməsidir”. Bunu İsrailin tanınmış müxalifət lideri, keçmiş müdafiə, xarici işlər və maliyyə naziri Aviqdor Liberman AzadlıqRadiosunun hazırda Təl-Əvivdə olan jurnalisti Rey Förlonqa deyib. Tezadlar.az xatırladır ki, o, müharibənin “çox yaxşı” getdiyini deyib, amma əsas məsələnin yekun nəticəyə bağlı olduğunu vurğulayıb.
“Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da vəhşilikləri gördük. Məncə bu, azad dünya üçün ən böyük çağırışdır. Uzun illər izah etməyə çalışırdıq ki, bu, təkcə bizim problemimiz deyil, bütün dünyanın problemidir. Düşünürəm ki, bu gün bu, artıq hamıya çox aydındır”, – Liberman söyləyib.
Jurnalistin mümkün rejim dəyişikliyindən sonra yarana biləcək xaos barədə sualına cavabında o, Liviya, İraq və Suriyada yaşanan böyük qarışıqlığı qeyd edir, amma deyir ki, “bütün alternativlər arasında ən pis variant İranda onların hakimiyyətdə qalmasıdır. Məncə, daha yaxşı imkanlar var, çox uğurlu olmasalar belə. Ən pis ssenari onların hakimiyyətdə qalmasıdır”.
Müharibə isə davam edir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!