Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı (Aİ) İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumlarını qətiyyətlə pisləyərək, mülki infrastruktura zərbələri qəbuledilməz adlandırıb və münaqişənin Yaxın Şərqdən kənara çıxması riski ilə bağlı xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni Brüsseldə keçirilən brifinqdə cavab verərkən bəyan edib.
“Biz İranın Fars körfəzi ölkələrinə, Türkiyəyə, eləcə də Azərbaycana hücumlarını pisləyirik”, – o vurğulayıb.
Əl-Ənuni xatırladıb ki, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, Avropa İttifaqının ölkə hökuməti və xalqı ilə tam həmrəyliyini bildirib.