Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağ Evin mətbuat katibi Kerolin Levit ABŞ-ın İrandakı əsas məqsədini açıqladı.
Tezadlar.az bu barədə Fox News-a istinadən məlumat verir.
Levittin sözlərinə görə, İrandakı hərbi əməliyyatlar Tehrandan Vaşinqtona olan təhlükəni birdəfəlik aradan qaldırmağa yönəlib. Bu məqsədlə Ağ Ev İranın ordusunu, silahlarını və nüvə proqramını məhv etmək niyyətindədir.
“İran artıq Amerika Birləşmiş Ştatları, Yaxın Şərqdəki qoşunlarımız və şəxsi heyətimiz üçün təhlükə yarada bilməz. Bu, yenə də Epik Qəzəb Əməliyyatının əsas məqsədidir – onların dəniz qüvvələrini məhv etmək, ballistik raket təhdidini neytrallaşdırmaq və heç vaxt nüvə silahı əldə edə bilməyəcəklərini təmin etmək”, – deyə o bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın qeyd-şərtsiz təslim olmasını tələb etmişdi. Levitt əlavə edib ki, bununla Ağ Ev lideri ABŞ-a qarşı İran təhlükəsini dəqiq şəkildə aradan qaldırmaq deməkdir.
E.ŞİRİNOV