Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin İrandakı münaqişəyə müdaxilə cəhdini bağışlamayacaq.
Tezadlar.az xəbər verir ki, britaniyalı hərbi analitik Aleksandr Merkuris bunu YouTube kanalında bildirib.
“Tramp Zelenskini zəif hesab edir, lakin koalisiya ölkələrinə sanki onu gözləyirmiş kimi həyasızcasına məsləhətlər verir. Bu, dəlilikdir! Tramp bu “işğal”ı bağışlamayacaq”, – Merkuris qeyd edib.
Ekspertin sözlərinə görə, Zelenski ziddiyyətli davranış nümayiş etdirir: bir tərəfdən qətiyyət və güc nümayiş etdirməyə çalışır, digər tərəfdən isə əlavə müdafiə vəsaiti istəyir.
Bir müddət əvvəl “Politico” ABŞ-ın İrandakı hərbi əməliyyatının AB-ni Ukraynadan yayındırdığını bildirmişdi. AB-nin əsas gündəliyindəki dəyişiklik nəticəsində Ukraynanın mart ayının sonuna qədər vəsait çatışmazlığı ilə üzləşəcəyi gözlənilir.
E.ŞİRİNOV