Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ İrana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün üçüncü aviadaşıyıcısı olan USS George H.W. Bush-u Yaxın Şərqə göndərməyə hazırlaşır.
Tezadlar.az bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutu (USNI News) məlumat verib.
Aviadaşıyıcı və onun müşayiət gəmiləri hərtərəfli təlimləri başa vurub. ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti qeyd edib ki, USS George H.W. Bush “hava aktivlərinin dəqiq və sürətli buraxılışını və bərpasını dəfələrlə nümayiş etdirib”.
Hazırda bölgədə iki aviadaşıyıcı zərbə qrupu yerləşdirilib. USS Abraham Lincoln aviadaşıyıcısı Ərəbistan dənizində patrul və əməliyyatlar aparır, nüvə enerjisi ilə işləyən USS Gerald R. Ford isə Qırmızı dənizdə yerləşdirilib.
E.ŞİRİNOV