7 Mart 2026 / 12:35

İran Hörmüz boğazında neft tankerinə zərbə endirib

İran silahlı qüvvələri Hörmüz boğazında bir neft tankerinə zərbə endirib.

Tezadlar.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat verib.

“PRIMA adlı neft tankeri pilotsuz təyyarənin zərbəsi ilə vurulub”, – məlumatda deyilir.

Tanker İİKK-nın Hörmüz boğazından keçidi qadağan etmək barədə xəbərdarlığına məhəl qoymadıqdan sonra hücuma məruz qalıb.

Daha əvvəl şərqşünas və Rusiya Beynəlxalq İşlər Şurasının proqram meneceri İvan Boçarov bildirmişdi ki, Hörmüz boğazı bağlanarsa, Fars körfəzi ölkələri (Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) ciddi iqtisadi problemlərlə üzləşəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!