Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Müdafiə Ordusu Livanın cənubunda və Beka vadisində raket qurğularını, silah anbarlarını və komanda məntəqələrini vuraraq “Hizbullah”ın obyektlərinə yeni zərbələr dalğası endirib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial şəbəkələrdəki bəyanatında bildirilib. Bundan əlavə, Livanın cənubunda “Radvan Qüvvələri”nin komandirləri və onların iki komanda məntəqəsi zərərsizləşdirilib.
İsrail Müdafiə Ordusunun məlumatına görə, həmin komandirlər bu yaxınlarda İsrail qoşunlarına və vətəndaşlarına qarşı terror hücumlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak ediblər.