7 Mart 2026 / 20:43

İran liderinin seçilməsi üçün iclas 24 saat ərzində keçiriləcək

Məclis üzvü Hüseyn Mozəffari bildirib ki, Ekspertlər Məclisindəki xalq nümayəndələri iclas üçün şəraitin yaradılmasını gözləyirlər

İranın yeni Ali Liderinin seçilməsi üçün Ekspertlər Məclisinin iclası növbəti 24 saat ərzində keçiriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Məclis üzvü Hüseyn Mozəffari bildirib.

“Sizin kimi Ekspertlər Məclisindəki xalq nümayəndələri iclasın keçirilməsi və şəhid İmamın (Əli Xameneinin) yeni lideri və varisi seçilməsi məsələsini müzakirə etmək üçün şəraitin yaradılmasını səbirsizliklə gözləyirlər. Biz qətiyyətlə ümid edirik ki, Allahın köməyi ilə bu, növbəti 24 saat ərzində baş verəcək”, – “Fars” xəbər agentliyi onun sözlərini sitat gətirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!