7 Mart 2026 / 21:24

Dubaydan eskortların kütləvi şəkildə köçü başlayıb

İranla müharibə səbəbindən eskortların Dubayı kütləvi şəkildə tərk etdiyi məlum olub.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, onlar əsasən Baliyə gedirlər.

“Son bir neçə gündə əvvəllər Dubayda işləyən qızlardan onlarla mesaj aldıq. Onlar Balidə iş imkanları ilə maraqlanırlar və ya sadəcə bir müddət buraya uçurlar. Bu, son günlərdə nəzərəçarpacaq bir tendensiyadır”, – “RİA Novosti” Bali adasındakı gecə klubunun həmtəsisçisi Aleksandrdan sitat gətirir.

O qeyd edir ki, adətən yalnız bir neçə nəfər köçsə də, indi onlarla eskort Balidə İranla müharibəni gözləməyi planlaşdırır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!