Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pentaqon katibi Pit Heqset öz növbəsində bildirib ki, “yalnız İran mülki şəxslərə hücum edir”
ABŞ prezidenti Donald Tramp iddia edir ki, ölkənin cənubundakı qızlar ibtidai məktəbinə hücuma görə İran məsuliyyət daşıyır.
Tezadlar.az xəbər verir ki, Tramp müxbirin sualına cavab olaraq vurğulayıb: “Gördüklərimə əsasən, inanıram ki, bu, İran idi”.
Müxbirlər həmçinin Amerika lideri ilə birlikdə olan Pentaqon katibi Pit Heqsetdən bu məlumatı təsdiqləməsini istəyiblər. ABŞ müdafiə naziri bildirib ki, “yalnız İran mülki şəxslərə hücum edir”.
28 fevralda İran hakimiyyəti ABŞ və İsrailin cənubdakı Minab şəhərindəki qızlar ibtidai məktəbinə hücum etdiyini bildirib. Son məlumatlara görə, ölənlərin sayı 165-ə çatıb – əksəriyyəti şagirdlər, eləcə də valideynlər və müəllimlər. Daha 95 nəfər yaralanıb.
E.ŞİRİNOV