Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail İrana qarşı “Aslanın nəriltisi” əməliyyatının növbəti dalğasına başlayıb və hücumları Respublika daxilindəki istehsal müəssisələrinə yönəldib.
Tezadlar.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçüsü briqada generalı Efi Defrin bunu brifinqdə açıqlayıb.
“Biz (İsrail – RED.) əməliyyatın növbəti mərhələsinə keçdik, İranda rejimin əsas istehsal müəssisələrinə hücumları genişləndirdik”, – deyə o bildirib.
Defrinin sözlərinə görə, “son aylarda İsrail Kəşfiyyat İdarəsi İran rejiminin istehsal infrastrukturunu bərpa etmək və sahib olduğu raketlərin sayını artırmaq səylərini izləyir”.
E.ŞİRİNOV