Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İsrailin Hayfa şəhərində neft emalı zavoduna zərbə endirib.
Tezadlar.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat verib.
“Xeybərşekan raketləri Hayfaya zərbə endirib”, – məlumatda deyilir.
RT-nin məlumatına görə, zərbə Tehranda yerləşən neft obyektlərinə edilən hücuma cavab olaraq endirilib.
Eyni zamanda, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani əvvəllər bir neçə Amerika əsgərinin əsir götürüldüyünü bildirmişdi. ABŞ son 24 saat ərzində Yaxın Şərqdə xeyli sayda hərbi itki verib, o cümlədən ölən və yaralananlar var.
İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, Təl-Əviv hələ də İrandakı siyasi nizamı poza biləcək “sürprizlər” hazırlayır. O qeyd edib ki, Tehran İran xalqının “öz gələcəyini müəyyən etməsinə” imkan verəcək şərait yaradır.
E.ŞİRİNOV