8 Mart 2026 / 18:45

ABŞ-İsrail hücumlarında 9669 mülki obyekt hədəfə alınıb – İran Qızıl Aypara Cəmiyyəti

İran Qızıl Aypara Cəmiyyəti ABŞ-İsrail hücumlarında 7943 yaşayış məntəqəsinin, 1617 ticarət obyektinin, 32 səhiyyə mərkəzinin, 65 məktəbin və Qızıl Aypara ilə əlaqəli 13 mərkəzin hədəfə alındığını açıqladı.

Tezadlar.az xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyətinin açıqlamasında ABŞ-İsrail hücumlarında 9669 mülki obyektin hədəfə alındığı bildirilir.

“Bu hədəflərə 7943 yaşayış məntəqəsi, 1617 ticarət obyekti, 32 səhiyyə mərkəzi, 65 məktəb və Qızıl Aypara Təşkilatına məxsus 13 mərkəz daxildir”, – bəyanatda deyilir.

Həmçinin bildirilib ki, hücumlarda 11 səhiyyə işçisi həyatını itirib, 33 nəfər yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!