Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Tezadlar.az xəbər verir ki, bu gündən etibarən uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək. Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.