10 Mart 2026 / 06:46

Tramp: Düşünürəm ki, müharibə əsasən bitib

ABŞ prezidenti Donald Tramp İranla müharibədə məqsədlərinə əsasən çatdıqlarını bildirib və deyib: “Düşünürəm ki, müharibə əsasən bitib. Onların nə donanması, nə rabitəsi, nə hava qüvvələri var”.

Tezadlar.az bildirir ki, Amerikanın “CBS News” kanalına telefon müsahibəsində prezident Tramp İranla müharibənin gedişatı ilə bağlı açıqlamalar verib.

Tramp İranla müharibənin tezliklə bitə biləcəyini bildirərək deyib: “Düşünürəm ki, müharibə əsasən bitib. Onların nə donanması, nə rabitəsi, nə hava qüvvələri var”.

ABŞ prezidenti iddia edib ki, onlar İranla bağlı ilkin məqsədlərinə gözlədikləri 4-5 həftəlik müddətdən “çox tez” çatıblar.

“Xamneyinin yerinə kimisə qoymağı düşünürəm”

Digər tərəfdən, Tramp İranın yeni lideri Müctəba Xameneinin yüksəlişindən narazılığını ifadə edərək deyib: “Ona deyəcək bir sözüm yoxdur. Heç nə”.

Tramp bildirib ki, “Xamneinin yerinə kimisə qoymağı düşünür”, lakin həmin şəxsin kim ola biləcəyi barədə ətraflı məlumat verməyib.

“Hörmüz boğazına nəzarəti ələ ala bilərik” mesajı

Müsahibədə ABŞ prezidenti Tramp Hörmüz boğazı ilə bağlı da mühüm mesajlar verərək, “boğaza nəzarəti ələ keçirməyi düşündüyünü” bildirib.

“Onlar atəş açmaq istədikləri hər şeyi atəşə tutublar, şirin danışmağa çalışmamaları daha yaxşı olar, əks halda, bu ölkə məhv olacaq”, – Tramp İranla bağlı deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!