Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müharibə bölgəsində vəziyuət dəyişir: artıq İran ABŞ ilə növbəti danışıqların aparılmasını məqsədəuyğun hesab etmir! Bəs nə baş verir? Tezadlar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi PBS telekanalına müsahibəsində bildirib. Ondan İranın yeni ali lideri Müctəba Xameneinin seçilməsindən sonra Tehran rəhbərliyinin ABŞ nümayəndələri ilə əlaqə saxlayıb-saxlamadığı soruşulub. Əraqçi bildirib ki, Xamenei hələlik bu məsələ ilə bağlı açıqlama verməyib və hamı onun gələcək bəyanatlarını gözləyir. “Hazırda ABŞ ilə yeni təmasların və ya danışıqların gündəmdə olacağını düşünmürəm. Çünki amerikalılarla münasibətlərdə çox acı təcrübəmiz var”, – deyə İran XİN rəhbəri qeyd edib.
Xatırladırıq ki, Tramp ötən gün bildirib ki, Müctəba Xamenei ABŞ- dan xeyir- dua almayınca, o, dini lider ola bilməyəcək!
A.Məmmədli