Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrail vaxtında zərbə endirməsəydi, İran Yaxın Şərqi ələ keçirə bilərdi. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə Florida ştatında keçirilən mətbuat konfransında danışıb. Onun sözlərinə görə, İran çox güclü ölkədir və vaxtında müdaxilə olunmasaydı, regionda üstünlük qazana bilərdi. ABŞ prezidentinin sözlərinə görə, İranın raketlərinin və digər silahlarının böyük hissəsi artıq məhv edilib. Tramp həmçinin iddia edib ki, İran İsraili məhv etməyi planlaşdırırdı, lakin ABŞ bunu vaxtında dayandırıb. “Biz bu prosesdə iştirak etdiyimiz üçün qürur duyuruq. Bu, tezliklə başa çatacaq və əgər yenidən başlasa, onlara daha güclü zərbə endiriləcək”, – deyə Tramp qeyd edib.Tramp bildirib ki, Tehranın ABŞ və İsrailin birgə zərbələrinə cavab olaraq qonşu ölkələrə hücum etməyə başlaması “çox axmaq addım” olub. Onun sözlərinə görə, həmin ölkələr əvvəlcə neytral mövqe tutmuşdular. ABŞ prezidentinin sözlərinə görə, Tehranın hücumlarından sonra bəzi qonşu ölkələr ABŞ tərəfinə keçərək İrana qarşı hücumlara başlayıb və müəyyən uğurlar əldə ediblər. Tramp həmçinin vurğulayıb ki, İrana qarşı əməliyyatlar onun 2015-ci ildə verdiyi vədə uyğundur. Həmin vəddə o, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirmişdi.
ABŞ prezidenti müsahibədə Müctəba Xameneinin İranın ali lideri seçilməsinin böyük bir səhv olduğunu bildirib: “Düşünürəm ki, onlar böyük bir səhvə yol veriblər. Bunun davam edib-etməyəcəyini bilmirəm”, – deyə Tramp qeyd edib. O, həmçinin ABŞ-ın İran nefti üzərində nəzarəti ələ keçirməsi barədə danışmağın hələ tez olduğunu söyləyib.