Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ və İsrailin hücumlarına görə İranın qisas əməliyyatları zamanı həlak olan ABŞ əsgərlərinin sayı 7-yə çatıb.
Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da yerləşən bir şirkətə məxsus sosial media platformasında yayımlanan açıqlamada CENTCOM bildirib ki, “Dünən gecə İran rejiminin Yaxın Şərqdəki ilk hücumları zamanı aldığı xəsarətlərdən daha bir ABŞ əsgəri ölüb”.
Bəyanatda ABŞ-ın İrana qarşı hücumlarında həlak olan əsgərlərin sayının 7-yə çatdığı və 7-ci əsgərin 1 martda Səudiyyə Ərəbistanında ABŞ əsgərlərinə edilən hücumda ağır yaralandığı qeyd olunub.
Bəyanatda həmçinin İrana qarşı genişmiqyaslı hərbi müdaxilənin davam etdiyi də qeyd olunub.
Pentaqon ölən əsgərin kimliyini müəyyən edib
Bu arada, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölən əsgərin Kentukkidən olan 26 yaşlı çavuş Benjamin Pennington olduğunu müəyyən edib.
Bəyanatda Penningtonun 1 martda İranın Səudiyyə Ərəbistanındakı ABŞ bazasına hücumunda ağır yaralandığı və daha sonra öldüyü bildirilib.
E.ŞİRİNOV