Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna ordusu Bryansk şəhərinə hücum edib. Rəsmi Kremldən cavab gəldi: “Rusiya Ukraynanın Bryansk şəhərinə hücumuna cavab verəcək, cavabı isə hərbçilər müəyyən edəcək”. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Necə cavab verəcəyimizə bizim hərbçilərimiz qərar verəcək”, – Kreml rəsmisi qeyd edib. O vurğulayıb ki, hərbçilər planlı şəkildə işləyirlər və Kiyevin belə hücumlarının qarşısının alınması üçün “Xüsusi Hərbi Əməliyyat” uğurla başa çatmalıdır.
Qeyd edək ki, regionun qubernatoru Aleksandr Boqomazın məlumatına görə, Ukrayna ordusunun Bryansk şəhərində mikroelektronika zavoduna endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 47 nəfər yaralanıb.
Ukrayna cəbhəsində isə müharibə davam edir.