Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq və Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər Mərkəzi Bank tərəfindən uğurla icra edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Belə ki, Strategiyanın ötən iki ili ərzində “Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf) təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub.
Nəticədə, ötən ilin dekabr ayında “Azərbaycan Respublikası Mərkəzi Bankının banklara risk əsaslı nəzarət üzrə Təlimatı” təsdiq edilib. Sözügedən Təlimatdan irəli gələrək Mərkəzi Bank tərəfindən 2026-2027-ci illəri əhatə edən “Bank Nəzarəti Strategiyası” təsdiq edilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:
Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün “Bank Nəzarəti Strategiyası”nda Mərkəzi Bankın tənzimləyici çərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:
Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarətin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verir.