Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Mart 2026 / 18:35

Nikol Paşinyan Gürcüstan olmadan Ermənistanın Aİ-yə daxil ola bilməyəcəyini açıqlayıb

Gürcüstan Aİ üzvlüyünə namizəd statusu aldıqda, Ermənistanın bu istiqamətdəki perspektivləri də “daha real” hala gəldi. Hazırda Ermənistanın Avropaya inteqrasiyasına əsas maneə Avropa İttifaqı ilə Gürcüstan arasında dondurulmuş dialoqdur.

Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan Ermənistan üçün Avropa İttifaqına gedən yoldur – təkcə coğrafi deyil, həm də siyasi baxımdan.
Paşinyan xatırladıb ki, Gürcüstan namizəd statusu aldıqdan sonra Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olma prosesi haqqında qanun qəbul edib. Onun sözlərinə görə, bu, Ermənistan üçün oxşar perspektivləri “daha real” hala gətirib.

“Buna görə də Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv dialoqun bərpa olunacağını gözləyirik. Bu, həm Gürcüstan, həm də Ermənistan üçün vacibdir”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan öz standartlarını və qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaq üçün çalışmağa davam edəcək.

“Əgər Avropa İttifaqı bundan sonra Ermənistanı tamhüquqlu üzv kimi qəbul edərsə, bu yaxşı olar. Əks təqdirdə, ölkə öz standartlarını yüksəltməkdən yenə də faydalanacaq”, – deyə Paşinyan qeyd edib.

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!