12 Mart 2026 / 06:04

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 600-ü keçib

Onlardan 91-i uşaqdır

Gərginliyin başlanğıcından bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 91-i uşaq olmaqla 634-ə çatıb.

Tezadlar.az xəbər verir ki, Səhiyyə Nazirliyi 1500-dən çox insanın yaralandığını bildirib.

“İsrail hücumları nəticəsində ölənlərin sayı 91-i uşaq olmaqla 634-ə çatıb və 1586 nəfər yaralanıb”, – deyə “Əl-Mayadeen” televiziyası nazirliyə istinadən bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!