Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Binyamin Netanyahunun öz xalqı üçün fəlakətə çevrildiyini bəyan edib.
“Hətta hər gecəni bomba sığınacaqlarında keçirən İsrail xalqı belə Netanyahunun Holokostdan bəri başına gələn ən böyük fəlakət olduğunu deyir”, – Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirib.
Bir müddət əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı zamanı Ərdoğan İsrailin qarşısını almağın vacibliyindən danışmışdı.
Ərdoğan bildirib ki, Qəzza zolağında 100 milyard dollar dəyərində qiymətləndirilən soyqırım və dağıntılara görə İsrail məsuliyyət daşıyır.
E.ŞİRİNOV