12 Mart 2026 / 17:45

Ermənistan Moskvanın humanitar yardımından niyə imtina etdi?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımından imtina etməsinə münasibət bildirib. Tezadlar.az Komsomolskaya pravda”ya istinadla bildirir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Rusiyanın yardımından imtina etməsinin başa düşülən olmadığını söyləyib. Bildirib ki, yardımdan imtina etmək artıq yadıma ehtiyac olmadığı təqdirdə başa düşüləndir. Sitat: “Moskva Ermənistan tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib, lakin Ermənistan rəsmiləri cavab verməyə çətinlik çəkiblər. Bütün bunlar Ermənistanda Rusiyanı, ümumiyyətlə, şüurlardan “təmizləmək” cəhdi kimi görünür”.

Zaxarova  xatırladıb ki, 2025-ci ilin iyun ayından bəri Rusiya Humanitar Missiyası, “Avrasiya” muxtar qeyri-kommersiya təşkilatı və “Rossotrudniçestvo” Azərbaycanın Qarabağ regionunu könüllü tərk edən ermənilərə 140 tona yaxın humanitar yardım çatdırıb: “Lakin İrəvanın narazılığı hətta o zaman da özünü göstərib. Narazılıq hətta o həddə çatıb ki, rəsmi kanallarla “çox sağ olun, lazım deyil” cavabı verilib”.

İki ölkə arasında “soyuq müharibə” isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!