13 Mart 2026 / 05:53

İrandan ABŞ- a hədə: “Enerji infrastrukturumuza və limanlarımıza edilən hücumlara görə…”

İran Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatları aparan bölmə olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari bildirib ki, “İranın enerji infrastrukturuna və limanlarına edilən ən kiçik bir hücuma cavab olaraq, onlar bölgənin neft və qaz infrastrukturunu yandıracaqlar”.

Tezadlar.az bildirir ki, İran dövlət televiziyasının məlumatına görə, Zülfiqari enerji infrastrukturuna edilən hücumlarla bağlı açıqlama verib.

“Biz təcavüzkar hökuməti (ABŞ və İsrail) və onların bütün müttəfiqlərini xəbərdar edirik ki, İranın enerji infrastrukturuna və limanlarına edilən ən kiçik hücum belə böyük və dağıdıcı cavabla nəticələnəcək”, – Zülfiqari deyib.

Belə bir hadisədə İranın cavabı ilə bağlı Zülfiqari əlavə edib: “Belə bir halda, ABŞ və Qərb müttəfiqlərinin əhəmiyyətli maraqlarının olduğu bölgədəki bütün neft və qaz infrastrukturu yandırılacaq və məhv ediləcək”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!