13 Mart 2026 / 06:55

İraqda Peşmərgə-Fransa birgə hərbi bazasına hücum: 6 fransız əsgəri yaralanıb

Ərbil valisi Ümid Xoşnəv Mosulun Məxmur bölgəsindəki Peşmərgə-Fransa birgə hərbi bazasına edilən pilotsuz təyyarə hücumunda 6 fransız əsgərinin yaralandığını açıqlayıb.

Tezadlar.az bildirir ki, yerli mediaya danışan Xoşnav Mahmurdakı Peşmərgə-Fransa birləşmiş hərbi bazasına edilən hücumla bağlı açıqlama verib.

“Maxmur cəbhəsində yerləşən Molla Kara Peşmərgə-Fransa birləşmiş hərbi bazasına edilən dron hücumunda altı Fransız əsgəri yaralanıb”, – Xoşnəv bildirib.

O, yaralılardan dördünün xəstəxanaya aparıldığını və Peşmərgə qüvvələri arasında heç bir xəsarət almadığını qeyd edib.

Hücumu kimin həyata keçirdiyi barədə heç bir məlumat paylaşılmayıb.

Fransa Baş Qərargahı Ərbildə dron hücumunda altı Fransız əsgərinin yaralandığını təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!