Əsas məzmuna keç

Serbiya NATO-ya qoşulmayacaq – Vuçiç

Belqrad neytrallığı qorumaq niyyətindədir, – Respublika prezidenti bildirib

Belqrad NATO ilə münasibətlərini davam etdirir, lakin neytral qalmaq niyyətindədir və Şimali Atlantika Alyansına qoşulmayacaq.

Tezadlar.az bunu Respublika prezidenti Aleksandr Vuçiç Serbiya Radio Televiziyasında bildirib.

“NATO ilə bağlı bizim sivil münasibətlərimiz var, amma NATO-ya qoşulmayacağıq; neytral qalacağıq”, – Vuçiç bildirib.

7 martda Serbiya prezidenti Belqradın may ayında NATO ölkələri ilə birgə təlimlər keçirəcəyini, lakin alyansın 1999-cu ildə Yuqoslaviyaya qarşı təcavüzünü unutmayacağını açıqlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…