Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ankara Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların mart ayının əvvəlində bərpa olunacağını gözləyir.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Türkiyənin diplomatik mənbəyi bildirib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin sülh danışıqları üçün bir daha platforma təqdim etməyə hazır olduğunu bildirmişdi. Dialoqun mümkün bərpasının vaxtı ilə bağlı suala cavab olaraq mənbə bildirib ki, Ankara görüşün çox tezliklə, cari ay ərzində baş tutacağını gözləyir.
Diplomatik mənbə iştirakçıların mümkün tərkibini və ya qarşıdan gələn məsləhətləşmələrin formatını dəqiqləşdirməyib. Moskva və Kiyev arasında əvvəlki danışıqlar raundları 2022-ci ildə Türkiyədə keçirilib, lakin dialoq sonradan dayandırılıb.
Hazırkı danışıqlar prosesi qismən Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi, o cümlədən İrandakı hərbi əməliyyatlar səbəbindən dayandırılıb. Bu hadisələr beynəlxalq vasitəçilərin diqqətini yayındırıb və məsləhətləşmələrin logistikasını çətinləşdirib.
E.ŞİRİNOV