13 Mart 2026 / 07:57

ABŞ- ın İraqdakı bazaslna PUA hücumunda bir fransız hərbçi öldü

İraqdakı bazaya PUA hücumu nəticəsində yaralanan fransız hərbçilərindən biri ölüb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında məlumat verib. ““Alp Reyncers” batalyonunun baş çavuşu Arnaud Frion İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücum zamanı Fransa üçün həlak olub”, – Makron yazıb.

Qeyd edək ki, İraqın Ərbil vilayətindəki hərbi bazada baş verən hadisə zamanı altı Fransa hərbçisi yaralanmışdı.

Müharibə isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!