Əsas məzmuna keç

İrandan atılan daha bir ballistik raket Türkiyə səmasında məhv edildi-TƏCİLİ

Bölgədə vəziyyət artıq ingiliscədir… Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, İrandan Türkiyə istiqamətində buraxılan daha bir raket Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyənin hava səmasına daxil olan İrandan atılmış ballistik raket Şərqi Aralıq dənizində NATO HHM sistemləri tərəfindən zərərsizləşdirilib. Qeyd edək ki, gecə saatlarında Adanada, Batmanda və Diyarbəkirdə ballistik raketin zərərsizləşdirildiyi an bir çox vətəndaş tərəfindən müşahidə edilib.

İran isə artıq bu hadisəni təkzib etməkdədir… Amma fakt belədir: İran ərazisindən atılan raketin pultu kimin əlindədir onda???

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…