Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aparıcı Vüsalə Əlizadə müəllif verilişində ərə getməyə hazırlaşan qızlara olduqca mübahisəli məsləhət verib. “Bəziləri deyir pul üzərində ailə qurulmamalıdır. İndiki zəmanədə düşünürəm ki, gənclər fikirləşib addım atmalıdır. Bir gənc öz ayağı üstündə dura bilmirsə, maaş almırsa, ata-ana ümidinədirsə, evi belə yoxdursa, Allah ümidinə gedək kirayədə yaşayaq, düzələcək deyirsə, olmaz. Bu sevgi qaldı “Leyli və Məcnun” dönəmində. Onlar belə qovuşa bilmədi”, -deyən aparıcı qız analarına da səslənib. O bildirib ki, övladlarını çalışmayan gənclərə ərə verməsinlər: “Kirayədə qalmaq olar. Amma qarşındakı insanın bacarığı və cəhdini nəzərə almaq lazımdır. Bilməlisən ki, beş-on il ərzində qəpik-qəpik yığıb nəsə edəcək potensialda adamdırmı.. Bəzən gənclər göz yumub həyat qurur. Oğlanlar bəzi yalanalarla qızların ağlını alır. Evlənəndən sonra bilirsən ki, nə qədər borcu var imiş. Bu yaxınlarda eşitdiyim bir şey bir qız anası kimi məni də narahat etdi. Valideyn belə maraqlanmalıdır ki, uşağı nə işlə məşğuldur, hara gedir, hardan gəlir. Kiminsə qızını bədbəxt etməsin. Yenə də öhdəlik yazıq valideynin üzərinə düşür. Gənclər anlayışlı olmalıdır. Deyirlər sevirəm, falan. Amma bəlli qazancınız olmalı, ailədə kişi kimi sözünüz keçməlidir”.
Ağıllı sözə nə deyəsə?! Ərə gedir və ailə qurandan bir ay sonra boşanmalar belə tələskənlikdən baş verir və bütün həyat zəhərə dönür!
SƏBUHİ