Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, bu ilin yanvarın 1-dən Azərbaycanda bir sıra məhsul və xidmətlər üzrə qiymətlər müəyyənləşdi. Tezadlar.az bir daha xatırladır ki, Tarif (Qiymət) Şurasının qərarı ilə Azərbaycanda bir sıra məhsul və xidmətlər üzrə güzəştlər tətbiq olunub, qiymətlər müəyyənləşdirilib.
Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq. İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65 % güzəşt tətbiq ediləcək.
Oxucular Tarif Şurasının bu qəliz izahını başa düşmədiklərindən redaksiyamıza müraciət ediblər. Kiçik bir araşdırma apardıq. Məlum olur ki, yanvarın birindən ölkə üzrə elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib. Məsələn, “Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan (yəni, qaz və ya işıq yandırdın, yandırmadın, dəxli yoxdur) sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib. Sitat: «Elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir. Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirib. Təbii qaz üzrə də aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib…».
Uzun sözün qısası, məsələn, abonent qaza və ya işığa 10 manat yüklədisə, bunun 1 manatı gedir «Azəriqaz»la «Azərenerji»nin hesabına. Bu sahədə çalışan mütəxəssislərdən öyrəndik ki, bu vəsait nəzarətçilərin və digər xidmətçilərin əmək haqqının və mükafatının… verilməsinə sərf edilir. Çox gözəl! Əhalimiz səxavətlidir!
***
«Təzadlar» Dövlət Statistika Komitəsindən isə öyrəndi ki, 01.01.2026 tarixinə olan məlumata görə, Azərbaycanda “Azəriqaz” İstehsalat Birliyi üzrə ümumi qaz abonentlərinin sayı 2 716 413 təşkil edir. Bu abonentlərin 2 668 702-si əhali, 47 711-i isə qeyri-əhali sektoru (qeyri-əhali) üzrədir. Azərbaycanda elektrik enerjisi abonentlərinin sayı isə təxminən 2,75 milyondur.
İndi gəlin orta hesabla «Azəriqaz» və «Azərenerji»nin 1 manat tutmaları ilə «…hazırca kökə tapdım» siyasətinin nə ilə nəticələndiyini araşdıraq: 1 manatdan 2,7 milyon (qaz) +2,8 milyon(elektrik)= ayda təxminən 5,5 milyon manat! Bunu da vuraq ilin 12 ayına: 5,5 milyon X 12 ay= 66 milyon manat!
Beləcə, əhalimiz indi də «Azəriqaz» və «Azərenerji»nin işçilə\rinin (nəzarətçilər və s texniki işçilər) əmək haqqını da verəcək.
Bəs görəsən, bu pultutma «Azərsu»ya da çatacaqmı? Bəs «Azəristilik»ə?!
Deməli, bir sıra ASC-lərin baha xidməti-satışı bəs deyil, indi də girişblər bu üsullaramı?! Bəs bu ASC-lər əvvəllər işçilərinin maaşını hardan verirdilər??? Niyə yenə də əhali «sağmal inək» kimi «sağılmalıdır»???
«Təzadlar»ın Araşdırma Qrupu