14 Mart 2026 / 08:40

İsrail hücumunda Livanda 12 səhiyyə işçisi həlak olub

İlkin məlumatlara görə, İsrailin Livanın cənubundakı Burc Qalavai şəhərinə endirdiyi hava hücumunda 12 səhiyyə işçisi həlak olub.

Tezadlar.az xəbər verir ki, Livan rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu axşam saatlarında Tir yaxınlığındakı Burc Qalavaidə bir səhiyyə müəssisəsinə hava hücumu edib.

Livan Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, hücumda 12 səhiyyə işçisinin həyatını itirdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayının 86 nəfər artaraq 773-ə, yaralıların sayının isə 1993-ə çatdığını açıqlayıb.

Bu arada, Livan hökumətinin Fəlakətlərin İdarə Edilməsi Agentliyi, İsrail işğalı və hücumları səbəbindən Livanda zorla köçürülən insanların rəsmi sayının 830.000-i keçdiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!