Əsas məzmuna keç

İran ordusu: ABŞ bazalarını və İsrail şəhərlərini hədəf alan yeni raket hücumları başlayıb

İran İnqilab Keşikçiləri Korpusu bölgədəki ABŞ bazalarını və İsrailin müxtəlif şəhərlərini hədəf alan yeni hücum dalğasının başladığını elan edib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyası “Əsl Vəd-4” əməliyyatının 47-ci dalğası ilə bağlı yazılı açıqlama yayımlayıb.

Məlumata görə, raket hücumları Negev səhrası, Beer-Şeva, Nəvatim və Liddəki İsrail şəhərlərinə, eləcə də Qətərdəki ABŞ Əl-Udeid hava bazasına və İraqdakı separatçı Komela qrupuna qarşı həyata keçirilib.

Hücumlarda yüksək güclü Xeybərşəkan və Qədr ballistik raketlərindən istifadə edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…