Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və İsrailin İrana qarşı yönəlmiş əməliyyatlarda fərqli mövqelərə sahib ola biləcəyini açıqlayıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb. Media nümayəndələrinin Vaşinqton və Təl-Əvivin məqsədlərinin üst-üstə düşüb-düşməməsi ilə bağlı sualını cavablandırarkən o deyib: “Zənnimcə, bunlar bir qədər fərqlənə bilər”. Tramp uzlaşmayan mövqelərin təfərrüatı və mahiyyəti barədə geniş məlumat verməkdən çəkinib. Bundan başqa KİV-in yaydığı məlumata görə, Rusiya lideri Vladimir Putinlə Tramp arasında baş tutan telefon danışığında İranın zənginləşdirilmiş uranının Rusiyaya köçürülməsi təklif edilib, lakin ABŞ prezidenti bu təşəbbüsü rədd edib. Nəşrin mənbələri qeyd ediblər ki, V.Putin söhbət əsnasında Vaşinqtonla Tehran arasındakı hərbi gərginliyi dayandırmaq məqsədilə bəzi təkliflər səsləndirib. Məlumata əsasən, hazırda Donald Tramp həm Vladimir Putin, həm Çin lideri Si Cinpin, həm də Avropa nümayəndələri olmaqla hər kəslə dialoqdadır və istənilən vaxt müqavilə bağlamağa açıqdır.