Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan şou- biznesində aləm bir- birbirinə dəyib. Az qalır qan, üsr istəyirəm, qısqanclıq su yerinə axsın… Budur, Əməkdar artist Nüşabə Ələsgərli buzu sındırdı, o, “Həmin Zaur” proqramında ən çox pulu nəyə xərclədiyini deyib. N.Ələsgərli “Ən çox tuma pul xərcləyirəm” deyə, əlavə edib. Ən böyük arzusunun Sinqapura getmək olduğunu deyən N.Ələsgərli “Oğlunuzun toyuna hansı müğənnini gətirəcəksiniz” sualına “Sibel Can toyda iştirak edəcək” cavabını verib. Müğənni heç vaxt siqaretə pul xərcləməyəcəyini deyib.
Qeyd edək ki, N.Ələsgərlinin oğlu Estoniyada yaşayır. O, illər əvvəl övladının kiçik toyuna İbrahim Tatlısəsi gətirməsi ilə gündəmə gəlib. Müğənninin qızı isə ailəlidir və Belçikada yaşayır.