Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ABŞ-ın Xarq adasına hücumunda heç bir mülki və ya hərbi itki olmadığını bildirib.
Tezadlar.az xəbər verir ki, Xarq adasının aid olduğu Buşehr əyalətinin qubernatorluğundan verilən açıqlamada deyilir: “ABŞ tərəfindən hücuma məruz qalmasına baxmayaraq, Xarq adasından neft ixracı normal davam edir və müvafiq şirkətlər adada əməliyyatlarını davam etdirirlər”.
Bəyanatda həmçinin əlavə edilib: “ABŞ-ın hücumu nəticəsində hərbi personal və ya mülki şəxslər arasında itki olmayıb”.
ABŞ prezidenti Donald Tramp İranın Xarq adasını hədəf aldıqlarını bildirərək, “oradakı bütün hərbi hədəflərin tamamilə məhv edildiyini” iddia etmişdi.
Tramp adadakı neft infrastrukturuna hücum edilməməsini üstün tutduğunu, lakin gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidinə müdaxilə ediləcəyi təqdirdə bu qərarı yenidən nəzərdən keçirəcəyini bildirmişdi.
E.ŞİRİNOV