14 Mart 2026 / 20:24

İran Dubay, Əbu-Dabi və BƏƏ-dəki limanlara hücumlar barədə xəbərdarlıq edib

İran sakinlərə Dubaydakı Cəbəl Əli limanı, Əbu-Dabidəki Xəlifə limanı və BƏƏ-dəki Fuceyra limanı yaxınlığındakı əraziləri tərk etmələri barədə xəbərdar edib.

Tezadlar.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun (İKK) verdiyi açıqlamada Əbu-Dabidəki Xəlifə limanı, Dubaydakı Cəbəl Əli limanı və BƏƏ-dəki Fuceyra limanı yaxınlığında yaşayan sakinlərə yaxın saatlarda mümkün hücumlar səbəbindən tərk etmələri barədə xəbərdarlıq edilib.

Bəyanatda qeyd olunub ki, bu ərazilər ABŞ hərbi qüvvələrinin mülki yaşayış məntəqələrinin yaxınlığında olması səbəbindən qanuni hədəfə çevrilib və yaxın saatlarda hədəfə alına bilər. Xəbərdarlıq mətnində hədəfə alına biləcək limanların ətraflı təsvir olunduğu xəritə də var idi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!