Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin Livana hücumlarında ölənlərin sayının 24 nəfər artaraq 850-yə, yaralıların sayının isə 2105-ə çatdığını açıqlayıb.
İsrail 2 martda başlayan Livana intensiv hücumlarını davam etdirir.
Tezadlar.az-ın məlumatına görə, Livan Səhiyyə Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, 2 martdan bəri İsrailin hücumlarında ölənlərin sayı 850-yə, yaralıların sayı isə 2105-ə çatıb.
Bəyanatda ölənlər arasında 107 uşaq, 66 qadın və 32 səhiyyə işçisinin olduğu, 58 səhiyyə işçisinin isə yaralandığı qeyd olunub.
Nazirlik əvvəllər 2 martdan bəri İsrailin Livana hücumlarında 826 nəfərin öldüyünü, 2009 nəfərin isə yaralandığını bildirmişdi.
E.ŞİRİNOV