16 Mart 2026 / 12:45

Tramp Administrasiyası İrana hücumların dəyərini açıqladı

ABŞ prezidenti Donald Trampın administrasiyası İrana hücumların ABŞ-a indiyə qədər 12 milyard dollara başa gəldiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett “CBS News”-un “Face the Nation” verilişində bildirib.

Hassett qeyd edib ki, Tramp administrasiyasının İrana hücumları bu günə qədər ABŞ-a 12 milyard dollara başa gəlib.

ABŞ-ın hazırkı silah ehtiyatlarının kifayət olduğunu iddia edən Hassett bu mərhələdə Konqresdən əlavə maliyyələşdirmə tələb etməyi planlaşdırmadıqlarını bildirib.

“İranlıların etdikləri Amerika iqtisadiyyatına zərər verə bilməz”, deyən Hassett, ABŞ-ın 1970-ci illərdən fərqli olaraq hazırda əsas neft istehsalçısı olduğunu əlavə edib.

Digər tərəfdən, ABŞ-ın İrana hücumlarının dəyəri ilk altı gündə 11,3 milyard dolları keçdiyi iddia edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!