16 Mart 2026 / 13:17

İran raketi İsrailin mərkəzinə düşüb

Tezadlar.az xəbər verir ki, İsrail mediasındakı müxtəlif mənbələr İrandan atılan ən azı bir raketin İsrailin mərkəzinə düşdüyünü bildirib.

Partlayışın qəlpə və ya birbaşa hücum nəticəsində baş verdiyi barədə hələlik dəqiq məlumatın olmadığı qeyd edilib.

Mərkəzi və cənubi İsraildə hava hücumu sirenlərinin səsləndirilməsindən sonra “Haaretz” qəzeti mərkəzi İsraildə “vurulma” hadisəsi baş verdiyini bildirib, lakin indiyə qədər xəsarət alanlar barədə məlumat verilməyib.

“The Times of Israel” qəzeti İsrail xilasetmə xidmətlərinə istinadən mərkəzi bölgədə ən azı iki ayrı yerdə ziyan olduğunu bildirib.

Məlumatda hücum nəticəsində heç kimin xəsarət almadığı bildirilib.

İsrail Ordusu Radiosu hərbi mənbələrə istinadən İran raketinin Tel-Əviv yaxınlığında düşdüyünü bildirib.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!