16 Mart 2026 / 13:28

Tehranda ABŞ-İsrail hücumlarında indiyə qədər ən azı 503 nəfər ölüb

İranın paytaxtı Tehranda ABŞ-İsrail hücumlarında ən azı 503 nəfər ölüb, təxminən 5700 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Tehran Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd İsmayıl Təvəkkoli bildirib ki, 28 fevralda başlayan ABŞ-İsrail hücumlarından bəri Tehranda 503 nəfər həyatını itirib.

“Bu günə qədər Tehranda baş verən hücumlarda 503 şəhid olub və 5700 nəfər yaralanıb. Bunların böyük əksəriyyəti adi insanlar olub”, – Təvəkkoli bildirib.

İran rəsmisi həmçinin qeyd edib ki, hücumlarda 2 aydan 12 yaşa qədər 12 uşaq da həyatını itirib.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!