İsrail ordusu İranın paytaxtı Tehranı, eləcə də Şiraz və Təbriz şəhərlərini hədəf alan yeni hücuma başladığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, ordunun yazılı açıqlamasında İran hökumətinin infrastruktur obyektlərinin hədəf alındığı iddia edilib.
Məlumatda İranın Tehran, Şiraz və Təbriz şəhərlərində hökumət infrastrukturuna qarşı genişmiqyaslı hücum dalğasının başladığı bildirilib.
Tehranda partlayışlar baş verdiyi bildirilib.
E.ŞİRİNOV







