Əsas məzmuna keç

Ağ Ev: Trampın Çin səfəri gecikə bilər

.upload TZ RCMNADAP RTRMADP USA TRUMP XI pic ratio x x

Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin təxirə salına biləcəyini söyləyib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına bildirib.

K.Levitt qeyd edib ki, görüş təxirə salına bilər:

“Görüşün baş tutmayacağını düşünmürəm, lakin onun təxirə salınması tamamilə mümkündür. Hazırda liderlər səviyyəsində danışıqlar aparılır”.

Ağ Evin mətbuat katibi vurğulayıb ki, hər iki lider (Donald Tramp və Si Cinpin – red.) görüşün keçirilməsini çox istəyir:

“Bilirəm ki, Çin sədri Si Cinpin Prezident Trampla Pekində görüşməyi çox istəyirdi və Prezident Tramp da bu səfəri səbirsizliklə gözləyir. Bu, zaman məsələsidir. Əlbəttə, hazırda prezidentin ali baş komandan kimi əsas məsuliyyəti “Epik qəzəb” əməliyyatının uğurunu təmin etməkdir və o, Ağ Evdə gecə-gündüz bununla məşğuldur”.

Xatırladaq ki, Trampın Çinə səfəri aprelin əvvəlinə planlaşdırılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…