“Fox news” yazır ki, ABŞ prezidenti Donald Trump İran rəhbərliyinə açıq mesaj verib: “təslim olun.” Eyni zamanda o deyir ki, İranın yeni ali rəhbərinin taleyi ilə bağlı ziddiyyətli məlumatlar alır. Bəzi mənbələr onun artıq həyatda olmadığını, digərləri isə ağır vəziyyətdə olduğunu bildirir. Hətta bəzi iddialara görə, o, Moskvada müalicə olunur… Tehran isə həmişəki kimi deyir ki, hər şey qaydasındadır və lider vəziyyətə nəzarət edir. Bu arada sosial şəbəkələrdə başqa bir xəbər də dolaşır: guya İsrail baş naziri də öldürülüb. Lakin Qərb mediasında bununla bağlı heç bir ciddi təsdiq yoxdur. Müharibə dövründə belə xəbərlər təsadüfi olmur. Çünki müasir müharibələr yalnız raketlərlə aparılmır. Onlar informasiya ilə də aparılır. Bəzən bir raket şəhəri dağıdır. Amma bir media şayiəsi- yazısı bütöv bir ölkəni silkələyə bilir…
Elbəyi HƏSƏNLİ,
Politoloq
(İsveçrə)