17 Mart 2026 / 05:41

İsrail hücumlarında ölənlərin sayı 886-ya çatıb – Livan

Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin Livana hücumlarında ölənlərin sayının 36 artaraq 886-ya çatdığını, 2141 nəfərin yaralandığını açıqladı

İsrail 2 martda başlayan Livana intensiv hücumlarını davam etdirir.

Tezadlar.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrail hücumlarında ölənlərin sayının 886-ya çatdığını, 2141 nəfərin yaralandığını açıqlayıb.

Həlak olanlar arasında 111 uşaq və 67 qadın var.

Nazirlik əvvəllər 2 martdan bəri İsrailin Livana hücumlarında 850 nəfərin öldüyünü, 2105 nəfərin isə yaralandığını bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!